İmişli rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Hadisə axşam saatlarında Araz çayının Rəsuləddin və Məmmədli kəndləri arasından keçən hissəsində qeydə alınıb.
Məlumatda bildirilir ki, 11-ci sinif şagirdi naməlum şəraitdə çaya düşüb. Yeniyetmənin suda boğulduğu xəbər verilib. Hadisə barədə məlumat daxil olduqdan sonra aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub. Hazırda onun meyitinin axtarılaraq sudan çıxarılması istiqamətində axtarış tədbirləri davam etdirilir.