"Qadın paltarı geyinmişəm, geyinəcəyəm də" - RTV

Aktyor Nicat Rəhimov öz verilişində verdiyi açıqlamalarla diqqət çəkib. O, obrazına uyğun olaraq qadın geyimində görünməsi ilə bağlı suallara cavab verərək maraqlı fikirlərini bölüşüb.

Nicat Rəhimov bildirib ki, obraz tələb edərsə, qadın paltarı geyinməkdən çəkinmir və gələcəkdə də belə bir addım atacağını qeyd edib. O, bu barədə danışarkən "Yaraşır geyinirəm, başımıza çox şey gəlir. Aktyoramsa geyinmişəm, geyinirəm, geyinəcəyəm də. Obraz tələb edirsə, niyə də yox?" deyə cavab verib.

Veriliş zamanı ona ünvanlanan "Qadın olsa idiniz ilk nəyəyərdiniz?" sualına isə Nicat Rəhimov "İki uşaq dünyaya gətirərdim. Amma uşağı baxmaq çox çətindir. Evdə bunu görürəm" deyə cavab verib.

Məlumat üçün bildirək ki, Nicat Rəhimovun həyat yoldaşı Ülviyyə adlı xanımdır və onların Mehriban adlı bir qız övladları var.