Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanıldı - RTV

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Xəzər rayon polis idarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Şüvalan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsinə şübhəli bilinən H.S. saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş ümumi çəkisi 232 kiloqram olan 46 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.