Türkiyədə satıcı işlədiyi valyutadəyişmə məntəqəsindən təxminən 12 milyon lirə (430 min 800 manat) dəyərində olan 300 ədəd tam qızıl külçəsini oğurlayıb.
Hadisə İstanbulun Fateh rayonunda qeydə alınıb. İşıq söndükdən sonra satıcı işlədiyi valyutadəyişmə məntəqəsinə yaxınlaşaraq təxminən 12 milyon lirə dəyərində olan 300 ədəd tam qızıl külçəsini oğurlayıb.
Araşdırma nəticəsində həmin müəssisədə bank əməliyyatları üzrə əməkdaş kimi çalışan şəxsin daha əvvəl də işlədiyi müəssisədən 100 qram qızıl oğurladığı məlum olub. Son oğurluq zamanı isə 18 tam qızıl zərgərlik mağazasında sataraq onu 100 qram qızıla çevirib və daha sonra həmin qızılı iş yerinə geri qoyub.
Şübhəli keçirilən əməliyyat zamanı saxlanılıb. Saxlanılan zaman isə 282 ədəd tam qızıl, eləcə də qızılların satışından əldə etdiyi ehtimal olunan 90 min lirə aşkar edilərək götürülüb.