2 nəfəri cərəyan vurub öldürdü - RTV

Azərbaycanda baş verən iki hadisədə iki nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hadisələrdən biri Astara rayonunda qeydə alınıb. Belə ki, rayonun Kiçik Bəcirə kənd sakini, 36 yaşlı Bəhək Bəhəkşiyev kəndin ərazisində olan elektrik dirəyində təmir işləri apararkən cərəyan vurması nəticəsində həyatını itirib.

Digər hadisə isə Xaçmaz rayonunda baş verib. Xudat kənd sakini, 49 yaşlı Zöhrab Rəcəbov idarə etdiyi Belarus markalı traktorun tüstü borusunun elektrik naqilinə dəyməsi nəticəsində cərəyan vurması səbəbindən ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.