Türkiyədə 25 yaşlı qız motosiklet qəzasında yanaraq ölüb. Hadisə İstanbulun Sultangazi rayonunun Həbiblər Məhəlləsində baş verib.
Fatimə Əli Zəhra adlı şəxs idarə etdiyi motosikletlə avtomobillə toqquşduqdan sonra metrlərlə yerdə sürünüklənib. Daha sonra motosiklet alova bürünüb və qadın hadisə yerində yanaraq ölüb.
Hadisə anbaan kameralara əks olunub. Qəzada iştirak edən avtomobilin sürücüsü geri baxmadan qaçıb və polis şübhülünün tutulması üçün genişmiqyaslı əməliyyata başlayıb.