Lənkəranda faciəvi hadisə baş verib. Aşağı Nüvədi kənd ərazisində 59 yaşlı Məmməd Quliyev balıq tutmaq məqsədi ilə Xəzər dənizinin Lənkəran sahilinə gedib.
Yaxınlarının sözlərinə görə, Məmməd Quliyev həmin ərazilərə bələd olsa da, Xəzər dənizinin geri çəkilməsi nəticəsində yaranan lil və palçıqdan xəbərsiz olub. Həmin kanala düşdükdən sonra dəniz suyu onu aparıb və nəticədə dənizdə boğularaq ölüb.
Şahidlərdən biri hadisəni belə şərh edib:
"İşdə idim. Zəng elədilər mənə. Bəs Məmməd düşüb dənizə, çıxmır. Mən də elə işdən qaçıb gəlmişəm. Gəlib çıxdım gördüm çıxardıblar uje."
Digər şahid bildirib:
"Ad gününə gəlmişdi. Qardaşım uşağının ad gününə gəlmişdi. Məclisdə iştirak eləyib necə lazımdır. Belə də ki, həvəskar balıqçıdır. Gəlib özü üçün balıq tutmağa. Bataqlıq olub. İstər-istəməz dəniz gedib arxaya. Yer də qasnaqdır, palçıqdır. Ona görə ayağı ilişib, yıxılıb. Kombizon əynində olub. Hadisə belə olub. Tək gəlib də. Dənizə tək girib, bəli. Bir də ki, o bu yaxındır da bura. Elə belə lotkası zadsız gedir də ora, düzdür? Kombizonla olub. Kombizonla olub. Yəni çöldəkilər görüb ki, birdəfəlik nəsə bu görünmədi. Ondan sonra bir az keçib bir 15-20 dəqiqədən sonra çıxıb suyun üzünə. Çəkib çıxardıblar çölə. Bəli, bəli. Uşaqları Uşağı. Necə o Bakıdan həmişə gələndə gəlirdi də bura balıq. Həvəskar balıqçı kimi. Yəni başqa niyyətə görə yox. Yəni həvəskar olub. Yəni həvəsi olub belə şeyə."
Şahid Məmməd Quliyevi belə xarakterizə edib:
"Özü çox gözəl insan olub. Gülərüz olub, mehriban olub hamısı ilə."
Məlumata görə, Məmməd Quliyev Bakı şəhərində yaşayırmış. O, yaxınlarının ad günündə iştirak etmək üçün ailəsi ilə rayona gedib. Ailəsini Bakı şəhərinə yola salandan sonra özü balıq tutmaq məqsədi ilə dənizə gedib.
Faktla bağlı araşdırma aparılır.