Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində, eləcə də Biləsuvar və Bərdə rayonlarında yerləşən keçmiş məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri və mənzillər təmir ediləcək. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tender elan edib.
Qurum layihənin həyata keçirilməsi üçün 451116 manat ödəməyi planlaşdırır.