Bakıda dəhşətli hadisə baş verib. 2023-cü ilin iyulun 7-si saat 1 radələrində 3 yaşlı uşaq 8-ci mərtəbədən yıxılıb.
Bu barədə RTV məlumat yayıb.
Hadisə Xətai rayonu, H.Z.Tağıyev küçəsində qeydə alınıb. Məlumata görə, 3 yaşlı Məhəmməd Əsgərli yaşadığı 16 mərtəbəli binanın 8-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. Uşaq binanın dam örtüyünün üzərinə düşüb.
Azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.