Bakının Xəzər rayonunun Binə qəsəbəsində yanğın hadisəsi baş verib. Yanğın səhər saatlarında qəsəbə ərazisindəki mağazalardan birində başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 112 qaynar xəttinə yanğınla bağlı məlumat daxil olub. Dərhal əraziyə nazirliyin müvafiq qüvvələri cəlb olunub.
Yanğının genişlənməsinə imkan verilməyib və qısa müddətdə söndürülüb.