Dördüncü mərtəbədən yıxılan oğlan öldü - RTV

Bakıda faciəvi hadisə baş verib. Dünən, saat 13 radələrində 1998-ci il təvəllüdlü Azər İsmayılov yaşadığı Bakıxanov qəsəbəsi, Ağayev küçəsindəki evin dördüncü mərtəbəsində yerləşən eyvanından yıxılıb. Nəticədə Azər İsmayılov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.