Bu gün şəhid Şahin Kərimov torpağa tapşırılıb. Mingəçevir şəhərində şəhid Şahin Heydəroğlu Kərimovla vida mərasimi təşkil olunub. RTV-nin xəbərinə görə, nəşinin qalıqları müəyyən edilən və uzun illər itkin kimi qeydiyyatda olan şəhidin nəşi bu gün ailəsinə təhvil verilib. Vida mərasimi Mingəçevirdə şəhidin ata ocağında keçirilib. Mərasimdə şəhər sakinləri, idarə müdirləri, hüquq mühafizə orqanlarının əməkdaşları və şəhidin yaxınları iştirak ediblər. Daha sonra şəhid Şahin Kərimov Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Qeyd edək ki, Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ döyüşlərində iştirak edərək vətənin müdafiəsində xidmət göstərib. Kərimov 4 aprel 1993-cü ildə ağır döyüşlər zamanı itkin düşmüşdü.