"Koti" ləqəbli tiktoter HƏBS EDİLDİ - RTV

“Koti” kimi tanınan tiktoker Zeynəb Zeynallı həbs edilib. RTV Qafqaz info-ya istinadən xəbər verir ki, məhkəmə prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib. Koti bu dəfə baş prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən inzibati məsuliyyətə cəlb edilib.

Qərarda yazılıb ki, 25 yaşlı Zeynəb Zeynallı zis.koti adlı səhifəsində əxlaqsız ifadələr, söyüşlər səsləndirib. 300 min nəfərə yaxın izləyicisi olan səhifə üzərindən cəmiyyətə qarşı açıqca hörmətsizlik edib. Bu hərəkətlərdə sosial şəbəkələrdə kütləvi nümayiş etdirildiyi halda xırda xuliqanlıq hesab edilir. Hakim onun geniş izləyici kütləsinin olmasını və nalayiq paylaşımları dəfələrlə təkrarlamasını əsas gətirərək səkkiz günlük həbs edilməsinə qərar verib. Koti məhkəmə zalından birbaşa saxlanılma məntəqəsinə aparılıb.