May ayında altı gün ictimai nəqliyyat bəzi şəxslər üçün PULSUZ OLACAQ - RTV

Bu il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında qeydiyyatdan keçənlər üçün pulsuz nəqliyyat xidmətləri təşkil olunacaq.

Bütün qeydiyyatdan keçmiş iştirakçılar üçün tədbir müddəti ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu ilə təyin olunmuş şəhər nəqliyyat mərkəzləri arasında xüsusi avtobuslar işləyəcək. Həmçinin tədbir məkanı üçün nəqliyyat vasitələri ödənişsiz olacaq.

Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası bu il may ayının 17-si-22-si aralığında Bakıda keçiriləcək.