Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon ərazisində faciəvi hadisə baş verib. Mənzillərdən birində 13 yaşlı məktəbli Kamran Əbülfəz oğlu Abuyev və atası Əbülfəz Abuyevin meyiti tapılıb.
İlkin məlumata görə, ata-oğul mənzildə qaz sızması nəticəsində boğularaq vəfat ediblər.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Kamran Abuyev Nəsimi rayonu 247 nömrəli orta məktəbin 7-ci sinif şagirdi olub.