Videoblogger Nail Kəmərli xarici nömrədən ona və ailəsinə qarşı ağır təhdidlər aldığını bildirib. Təhdid məktubunda qızının həyatı ilə bağlı açıq hədələr səsləndirilib, onu izləyəcəkləri və susdurmağa çalışacaqları qeyd edilib.
Nail Kəmərli jurnalist fəaliyyəti ilə məşğul olduğunu və cəmiyyət üçün vacib mövzuları işıqlandırdığını vurğulayıb. O, heç bir təhdidin onu gördüyü işdən geri çəkdirə bilməyəcəyini bildirib. Blogger bu paylaşımı ictimaiyyətin məlumatlı olması və sabah baş verə biləcək hər hansı hadisənin öncədən qeydə alınması məqsədi ilə etdiyini qeyd edib.
Təhdid məktubunda qeyd olunub ki, əgər qeyri-qanuni həyatı sağda-solda pis-lanəsən və ya etdiyiniz işbirlikçiliyi davam etdirsəniz, sizi muhbir hesab edəcəyik. "Oğru həyatını pis-ladinyiniza görə qızınızı hər dəqiqə və hər saniyə güllələdə bilərik. Qardaşlarım Azərbaycanda sizin izinizdə olacaq. Polisa çox güvənməyin, onlar da bizimlə mübarizə apara bilməz. Bu təhdidi sənə edən şəxs də mənəm, VARZO. Bu adı çox eşidəcəksən."