Yasamalda dəhşətli partlayış: 1 ölü, 4 yaralı - Hadisənin detalları - RTV

Yasamal rayonunda, Raqif Tağıyev 65 ünvanında yerləşən iki mərtəbəli evin birinci mərtəbəsində güclü partlayış baş verib. Partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 3 nəfər xəstəxanaya yerləşdirilib. Digər bir nəfər, 16 yaşlı gənc isə həyatını itirib.

FHN-nin məlumatına görə, partlayış qaz sızması nəticəsində baş verib. Hadisə yerinə FHN-nin xüsusi istixlas xidmətləri və dövlət yanğın mühafizə xidməti cəlb olunub.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış səhər saat 09:30 radələrində baş verib. Qonşuların bildirdiyinə görə, partlayışdan əvvəl evdə təmir işləri gedirmiş.

Zərərçəkənlərin bir qismi Nərimanov Tibb Mərkəzinə yerləşdirilib, digərlərinə isə ambulator yardım göstərilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.