Aldadılan, yad ölkədə köməksiz qalan azərbaycanlı qız qətlə yetirildi - Şok detallar - RTV

Gürcüstanda Azərbaycan vətəndaşı olan gənc qızın qətlə yetirildiyi barədə məlumat yayılıb. RTV.ge saytı "Sputnik Gürcüstan"a istinadla bildirir ki, hadisə barədə "Saparə" təşkilatının rəhbəri Baia Pataraya sosial şəbəkədə məlumat paylaşıb.

Onun sözlərinə görə, qız iki gün ərzində əlaqə saxlamaq mümkün olmayıb. Bundan sonra polis qızın kirayə yaşadığı mənzilin qapısını sındıraraq içəri daxil olub və onun meyitini aşkarlayıb.

Pataraya iddia edib ki, gənc qız sevgilisinin vədlərinə inanaraq Azərbaycanın Gəncə şəhərindən Gürcüstana gəlib, lakin burada zorakılığa məruz qalıb və daha sonra təklə qalıb.

Onun yazdığına görə, qıza sonradan xeyirxah insanlar yardım göstərsə də, bir müddət sonra onunla əlaqə kəsilib.

Qonşuların mənzildən səs-küylü gəldiyini bildirməsindən sonra polis hadisə yerinə gələrək qızın meyitini aşkar edib.

Patarayanın iddiasına görə, cinayəti törədən şəxs Türkiyəyə qaçıb və hazırda axtarışda verilib.

Hüquq-mühafizə orqanlarının hadisəni hər tərəfli araşdıracağı və mərhumun Azərbaycanda yaşayan bacısının hüquqlarının təmin olunması nəzərdə tutulub.