Azərbaycan Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 3-də Bakı və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-23, gündüz 30-35 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu dağlarda gecə 9-14, gündüz 20-25, bəzi yerlərdə 27-32 dərəcə isti olacaq. Qeyd edək ki, dağlarda gecə 9-14, gündüz 20-25, bəzi yerlərdə 27-32 dərəcə isti olacaq.