Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, payız aylarından etibarən Bakı şəhərində yerüstü və yeraltı piyada keçidlərində istismar müddətini başa vurmuş bir sıra eskalator və liftlərin yenilənməsi nəzərdə tutulur.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinə məlumat verilib.
Həmçinin bildirilib ki, sakinlərdən daxil olan şikayətlərə əsaslanaraq, paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və iki travolatorun yenilənməsi nəzərdə tutulur.
Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan sözügedən eskalator və travolatorlar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yenilənəndən sonra balansına qəbul ediləcək.