Gürcüstanda azərbaycanlı vətəndaşın 28 oktyabr 2025-ci ildə anadan olmuş Fatimə Kərimovanın qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.
RTV Oxu.az saytına istinadən xəbər verir ki, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə cinayət işi açılıb.
Məlum olub ki, hadisə iyunun 17-də Tbilisidə qeydə alınıb. Fatimənin qohumlarının təkidilə istəmədiyi şəxslə nişanlanıb. Bununla da qızın qohumları ilə münasibətləri korlanıb. 2026-cı ilin may ayında Fatimə sevgilisi Kənan Əli ilə birlikdə Azərbaycandan Gürcüstana qaçıb.
Bir müddət sonra Fatimənin Kənanla münasibətləri də korlanıb. Bu zaman Kənan sevgilisinin pasportunu cırıb və Azərbaycana qayıdıb.
Çıxılmaz vəziyyətdə qalan Fatimə əmisinin oğlunun köməyini istəyib. İyunun 3-də Azərbaycan vətəndaşı, özü də 2001-ci il təvəllüdlü Emin Əliyev Tbilisiyə gedib. Bu şəhərdə sonradan hadisənin baş verəcəyi ünvanda kirayə evləri olub. 2026-cı il iyunun 26-da Fatimə və Emin arasında kirayə qaldıqları evdə münaqişə yaşanıb.
Hadisə zamanı Emin qızı boğaraq qətlə yetirib. Daha sonra isə Gürcüstandan Türkiyəyə qaçıb.
Xatırladaq ki, Fatimənin anası 2020-ci ildə, atası isə 2 il sonra xərçəng xəstəliyindən dünyasını dəyişiblər.