Ukrayna ordusu Rusiyanın Nijni Novqorod vilayətində yerləşən "Lukoyl" neft emalı zavoduna pilotsuz uçuş aparatı ilə zərbə endirib. Nəticədə güclü yanğın başlayıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, həmçinin Müdafiə Qüvvələri Zaporojya vilayətində Rusiya ordusuna məxsus pilotsuz uçuş aparatı anbarını, Xarkov vilayətində komandan müşahidə məntəqəsini, həmçinin Luqansk vilayətinə Stari Luqansk rayonu yaxınlığında hərbi logistika məqsədi ilə istifadə olunan dəmiryolu körpüsünü də vurub.