Prezident həmkarını təbrik etdi - RTV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequru təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur ki, Prezident İlham Əliyev Portuqaliya Respublikasının Milli Gün münasibətilə Sequru və onun simasında bütün Portuqaliya xalqını öz adından və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edir.

Prezident Əliyev qarşılıqlı hörmət üzərində qurulmuş Azərbaycan-Portuqaliya əlaqələrinin inkişafına və əməkdaşlığımızın möhkəmlənməsi istiqamətində birgə səylərimizin bundan sonra da davam etdiriləcəyinə əmindir. O, bu əlamətdar gündə Portuqaliya Prezidentinə, onun dövlətinə, Portuqaliya xalqına daimi rifah və firavanlıq diləyib.