Gənc müdafiəçisi uzun müddət yaşıl meydanlardan uzaq qalacaq - RTV

Sumqayıt FK-nın müdafiəçisi Kənan Feyziyev Türkiyənin paytaxtı Ankarada əməliyyat olunub.

Xatırladaq ki, futbolçu 2023-2024-cü il mövsümünün 22-ci turu çərçivəsində "Zirə" ilə keçirilən oyunun gedişində zədələnib.

Kənan Feyziyevin əməliyyatı uğurla başa çatıb. O, 6-9 ay sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.