“Şamaxı”nın futbolçusu Ermənistan klubuna keçdi - RTV

"Şamaxı" futbol klubunun braziliyalı mərkəz müdafiəçisi Sezar Ermənistanın "Alaşkert" klubu ilə müqavilə bağlayıb.

Bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

26 yaşlı futbolçu Ermənistan klubunun yay transfer pəncərəsində sonuncu transferi olub.

Qeyd edək ki, Sezarın son klubu "Şamaxı" olub.