Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 9-dan 10-na keçən gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Paytaxtda havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 5-8 dərəcə isti, atmosfer təzyiqi 776 millimetr civə sütunundan 779 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər bəzi şərq rayonlarında arabir intensivləşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacağı, mülayim qərb küləyi əsəcəyi bildirilir. Bölgələrdə havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacaq.