27 fevralın hava proqnozu açıqlandı - RTV

Azərbaycanda fevralın 27-si gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə az çiskinli, axşam isə yağıntılı olacağı, gecəyə doğru intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 6-10 dərəcə isti. Dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.