46 yaşlı qadın bıçaqlandı - Oğlu saxlanıldı - RTV

Samux sakini bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Əhmədbəyli kənd sakini, 1980-ci il təvəllüdlü Elnurə Ələkbərova xəstəxanaya çatdırılıb. Qadının vəziyyəti orta ağırdır.

Məlumata görə, 2005-ci il təvəllüdlü Raul Ələkbərov ailə münaqişəsi zəminində anası Elnurə Ələkbərovanı bıçaqlamaqda şübhəli bilinir. Daxili İşlər Nazirliyinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ələkbərov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.