ABŞ İsrailə vaxt verdi - RTV

ABŞ İsrailə İrana hücumları dayandırmaq üçün bir həftə vaxt verib. Bu barədə İsrail Hayom qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, İran rejimində dəyişiklik ehtimalı azdır və ABŞ-nin məqsədi İsrail hücumlarını qısa müddət ərzində məhdudlaşdırmaqdır. Mənbə qeyd edib ki, İranda rejim dəyişikliyi üçün qura əməliyyatlarının və ya etirazların yenidən başlaması zəruridir, lakin bunun yaxın gələcəkdə baş verəcəyi gözlənilmir. ABŞ müharibənin neft qiymətlərinə təsirindən narahatdır. İsrail isə əməliyyatları uğur kimi qiymətləndirir.