ABŞ-nin Baş Konsulluğu fəaliyyətini dayandırdı - RTV

ABŞ-nin Pakistanın Peşəvər şəhərindəki baş konsulluğu ölkəni bürüyən etirazlar fonunda fəaliyyətini dayandırıb. Bu barədə ABŞ-nin İslamabaddakı səfirliyi məlumat yayıb.

Səfirliyin internet saytında yerləşdirilən məlumata görə, ABŞ-nin Karaçi və Lahordakı baş konsulluqları da 3 mart tarixinə planlaşdırılan bütün viza və digər iş görüşlərini ləğv edib. Məlumata görə, ABŞ-nin İslamabaddakı səfirliyinin konsulluq şöbəsi çərşənbə axşamı yenidən fəaliyyətini bərpa edəcək.