Ağır qəza: 21 yaşlı gənc FACİƏVİ şəkildə öldü - RTV

Masallıda avtomobil daş hasara çırpılıb. 21 yaşlı sürücü ölüb. Hadisə Masallı rayonunun Mahmudavar kəndində baş verib. Masallı rayon sakini 21 yaşlı Orxan Zamanov idarə etdiyi Mercedes markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yol kənarındakı daş hasara çırpılıb. Qəza nəticəsində sürücü Orxan Zamanov hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin, 20 yaşlı Kənan Rufulayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Faktla bağlı araşdırma aparılır.