RTV Rekord kanalında yayımlanan "Çərçivədən Kənar" verilişinin növbəti buraxılışı yayımlanıb. Bu dəfə verilişin qonaqları jurnalist Türkan Məmmədli və aparıcı Zümrüd Bədəlova olub. Veriliş ərzində aparıcılar öz həyatları, keçmişləri, gələcək planları haqqında danışıblar.
Zümrüd Bədəlova həyatda heç kimə pislik etmədiyini, amma bəzi hallarda qəlb qırdığını etiraf edib. O, həmçinin qadınların həyatda özünə hörmət etməsinin vacibliyini vurğulayıb. Türkan Məmmədli isə qadınların həyatda qarşılaşdıqları çətinliklərdən və bu çətinliklərin öhdəsindən gəlməyin yollarından danışıb.