Füzuli rayonunda mina partlayışı faciə ilə nəticələnib. Hadisə nəticəsində Ağdam rayonu sakini həyatını itirib. Hadisə Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində qeydə alınıb. Məlumata görə, Ağdam rayonunun Mərzili kənd sakini, şəxsi təsərrüfatda çoban işləyən 1968-ci il təvəllüdlü Ramiz Maşallah oğlu Hacıyev ərazidə atla hərəkətdə olarkən minaya düşüb.
Partlayış nəticəsində çoban hadisə yerində həyatını itirib. At isə tələf olub. Hadisə yerinə cəlb olunan Azərbaycan Respublikası Mina Təmizləmə Agentliyi əməkdaşları Ramiz Hacıyevin meyitini təhlükəli ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Aparılan müayinələrdən sonra onun meyiti ailəsinin məskunlaşdığı Beyləqan rayonuna gətirilib.
Faktla bağlı araşdırma aparılır.