"Ayaqları suyun içində bişmişdi" - Ağdaşda baş verən faciənin təfərrüatları - RTV

Ağdaş şəhərində bədbəxt hadisə baş verib. Şəhər sakini, 78 yaşlı Zakir Rəsulov yaşadığı evdə ağır xəsarət alaraq həyatını itirib. Hadisə onun yaşadığı evin hamam otağında qeydə alınıb. İlkin məlumata görə, hamam otağında quraşdırılmış su qızdırıcısı qəfil partlayıb. Partlayış nəticəsində qaynar su yaşlı kişinin üzərinə dağılıb və o ciddi yanıq xəsarətləri alıb.

Yaxınlarının köməyi ilə dərhal xəstəxanaya çatdırılan Zakir Rəsulov həkimlərin nəzarətinə götürülüb. Lakin həkimlərin göstərdiyi bütün tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o xəstəxanada dünyasını dəyişib. Həkimin sözlərinə görə, xəstə daxil olarkən bədəninin 90 faizini termiki yanıq diaqnozu ilə daxil olmuşdur. Faktla bağlı araşdırma aparılır.