Yaxın zamanlarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin tabeliyində olan istintaq idarələri ləğv ediləcək.
Hər iki qurumun ləğv edilən istintaq idarələri müstəqil vahid istintaq orqanı kimi yenidən formalaşdırılacaq.
Qeyd edək ki, hazırda Dövlət Gömrük Komitəsinin tabeliyində Əməliyyat İstintaq Baş İdarəsi, Dövlət Vergi Xidmətinin tabeliyində isə Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Departamenti fəaliyyət göstərir.