Azərbaycanda vərəmə yoluxan uşaqların sayı AÇIQLANDI - RTV

Azərbaycanda 2025-ci ildə 198 uşaqda vərəmə yoluxma halı aşkarlanıb. Bunu Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib. Onun sözlərinə görə, Azərbaycanda vərəmə yoluxmada müsbət göstərici müşahidə olunur. Əgər 2015-ci ildə 436 uşaqda aktiv vərəm xəstəliyi aşkarlanırdısa, 2025-ci ildə bu say 198-ə düşüb. 10 il bundan əvvəl hər 1000 nəfərdə 45-42 vərəm faktı aşkarlanırdısa, 2025-ci ildə bu say 21-25-dir.