Bakı-Quba avtomobil yolunda baş verən ağır qəza nəticəsində bir nəfər ölüb. Yük maşınının aşması nəticəsində xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, təcili tibbi yardım xəstəxanasına ağır vəziyyətdə hospitalizasiya olunan 1977-ci il təvəllüdlü şəxsin aparılan reanimasiya tədbirlərinə baxmayaraq bioloji ölüm faktı qeydə alınıb. Hazırda 1991-ci il təvəllüdlü şəxsin müalicəsi davam etdirilir və vəziyyəti stabildir.