2025-ci ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 1381 manat təşkil edib. Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, 2025-ci il yanvar-dekabr aylarında muzdla işləyənlərin orta aylığı nominal əmək haqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,6% artaraq 1381 manat olub.