Bu ailələrə hər ay 422 manat VERİLİR - RTV

2025-ci il ərzində 76,1 min aztəminatlı ailənin 336 min ailə üzvünə ünvanlı dövlət sosial yardımı ödənişi tam olunub. Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 422 manat 40 qəpik təşkil edir. Bu Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əks olunub.

Qeyd edilib ki, aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə müəyyən edilən ehtiyac meyarının həddi 2025-ci il üçün 5,6 faiz və ya 15 manat artırılaraq 285 manat məbləğində müəyyən edilib.