"Cenifer Lopezi sevirəm" - Rüfət Axundov - ÇƏRÇİVƏDƏN KƏNAR

RTV Rekord kanalında yayımlanan "Çərçivədən Kənar" verilişinin növbəti qonağı müğənni Rüfət Axundov olub. Verilişin aparıcısı Türkan Məmmədli müğənni ilə səmimi söhbət edib. Söhbət zamanı müğənniyə bir çox suallar ünvanlanıb. Sənət aləmindən, şəxsi həyatından danışılıb. Müğənni son zamanlar oxunan mahnıların sənətə uyğun olmamasından gileylənib. Həmçinin, müğənni xəyanətin bağışlanılmaz olduğunu qeyd edib.

Rüfət Axundov gənc müğənnilərə tövsiyələr verib. Bildirib ki, hər kəs öz işi ilə məşğul olsa daha yaxşı olar. Sənətçi hər zaman qaydalara riayət etdiyini vurğulayıb. Müsahibənin sonunda müğənni yeni duetinin Xatirə İslamla olacağını bildirib.