Ceyhun Bayramov Türkiyədə - RTV

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Ceyhun Bayramovun Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirakı və çıxışı nəzərdə tutulub. Xarici İşlər Nazirliyinin başçısının həmçinin yüksək vəzifəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.