Cihad elan edildi - RTV

İraqın şiə lideri Ayətullah Seyid Əli Sistani İraq Respublikasının müdafiəsi məqsədilə fətva verib. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, İraqın ən yüksək şiə dini rəhbərlərindən biri olan Ayətullah Seyid Əli Sistani tərəfdarlarından birinin dini sorğusuna cavab olaraq İran İslam Respublikasını müdafiə etmək üçün kollektiv cihadın vacibliyini vurğulayıb. Qeyd edək ki, bir müddət əvvəl Ayətullah Məkarim Şirazi İranla qərb ölkələri arasında artan münaqişəyə cavab olaraq ABŞ və İsrailə qarşı cihadın başladığını elan etmişdi.