Daha bir tiktoker CƏZALANDIRILDI - RTV

TikTok-da canlı yayımda söyüş söyən Sabirabad sakini saxlanılıb. RTV-yə istinadən xəbər verilir ki, Sabirabad rayon sakini 34 yaşlı Əzəmət Bilalov internet informasiya ehtiyatında cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə yol verib. Buna görə də o, saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib olunub.

Bilalov bildirib ki, sosial şəbəkədə canlıya qoşulub və söhbət zamanı keçirdiyi gərginliyə görə nalayiq ifadələr işlədib. O, əməlindən peşman olduğunu deyib. Məhkəmənin qərarı ilə Bilalov 500 manat məbləğində cərimələnib.