Dəm qazından zəhərlənən 27 yaşlı qız öldü - RTV

Siyəzən rayonunda ölüm ilə nəticələnən bədbəxt hadisə baş verib. Hadisə martın 12-si saat 16 radələrində rayonun Yeni Kənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1999-cu il təvəllüdlü Esmira Güləddin qızı Məmmədova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Xəstəxanaya yerləşdirilən Məmmədova martın 13-də xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır.