Dilənçiliklə məşğul olmağa görə cərimə artırılır. Bu Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud 100 manatdan 200 manata dək məbləğdə cərimə ediləcək və işin halları və pozuntu törədən şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 10 günədək müddətdə inzibati həbs tətbiq olunacaq.
Qüvvədə olan qanuna əsasən sözügedən əmələ görə cərimənin məbləği 20 manatdan 25 manata qədərdir.