Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb. Təxminən 20 sərnişin təyyarəsi Dubay hava limanlarına enə bilmir. Bu barədə TASS məlumat yayıb. Müxtəlif şəhərlərdən təxminən 20 reys hazırda həm Birləşmiş Ərəb Əmirlikləri, həm də qonşu Omanın hava məkanında gözləmə rejimindədir.
Mənbə bildirib və qeyd edib ki, təyyarələr eniş icazəsi alana qədər gözləmə rejimində qalacaqlar. Baş verənlər barədə Dubay hökumətinin mətbuat xidməti məlumat yayıb. Onlar qeyd ediblər ki, Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.