"Düyməni basıb dedi ki, qatarı səhv saxlamısan" - Bakı metropoliteninin qadın maşinisti - RTV

8 Mart Beynəlxalq Qadınlar Günü dünyada olduğu kimi Azərbaycanda da qeyd olunur. Bu gün müxtəlif sahələrdə çalışan qadınların cəmiyyətə verdiyi töhfələr bir daha xatırlanır. Bu gün sizə Bakı Metropolitenində çalışan qadın maşinisti təqdim edirik. Günün böyük hissəsini yerin altında, yüksək məsuliyyət tələb edən bir peşədə keçirən bu xanım hər gün minlərlə sərnişini mənzil başına çatdırır.

Səriyyə xanım bizə peşə yolundan, işinin çətin və maraqlı tərəflərindən danışdı. Elmlər Akademiyası stansiyasında gedərkən vakansiyalarla tanış oldum, gördüm vakansiyanı, maraqlı gəldi. Mən gəldiyim müddətdə iki qadın maşinist var idi. Ondan sonra isə mən də vakansiyaya müraciət elədim, CV-mi göndərdim, daha sonra məni test mərhələsinə çağırdılar, test mərhələsindən uğurla keçdim, müsahibə mərhələsi, psixoloji testdən keçdikdən sonra bura qəbul oldum. Qəbul olduqdan sonra isə nəzəri və praktiki imtahanlardan keçdik. 6 ay müddət çəkdi, sırf nəzəri və praktiki imtahanlarımız 6 ay müddətindən sonra maşinist peşəsinə yiyələnmək mümkün olur.

8 aydır artıq Bakı Metropolitenində qatar maşinisti vəzifəsində çalışıram. Yorucu deyil, əsas gəlib kabinəyə sərnişin daşıdığımız müddətdə bütün yorğunluğumuz çıxır. Həyəcan ilk iş günümdə olmuşdu. Əsas maşinistin yanından ayrılırsan, gəlirsən kabinədə təksən, bütün məsuliyyət sənin çiynindədir. 1500 sərnişin daşıyırsan, bəlkə də daha çox. Mənim bu peşəyə gəlməyimdə heç bir problem olmadı. Dəstək oldular, sağ olsun atam, anam bu vaxta kimi yanımda oldular. Ətrafımda da heç kim yəni heç bir şey demədi. Bura kimi özüm zəhmətlə gəldim çıxdım, sağ olsunlar. Tuneldə saxlamışdım, qarşıda qırmızı işıq yanırdı, biri SB-ni basıb demişdi ki, burada saxlamalı deyildin, sən səhv saxlamısan. Məsələn elə bir reaksiya yaranmışdı, o da balaca uşaq idi ona görə belə bir şey olmuşdu. İnşallah ki, daha yüksək yerlərə. Bizdə də bəli dərəcələr falan olur. İnşallah təlimatçı maşinist kimi bir gün görərsiz məni də. Dördüncü dərəcəli qatar maşinistiyəm. Oturduq təkcə qatarı idarə etdik, reversi sıfır irəli qoyduq, kontrollerlə yəni bizim işimiz tək ondan ibarət deyil. Daim inkişaf eləməliyik. Bu həqiqətən peşə yenə dediyim kimi çox məsuliyyətli bir peşədir. Məsuliyyəti həqiqətən dərk edib gələ bilmək vacibdir burada. Qorxmasınlar, çəkinməsinlər, ən azından özlərini sınasınlar. Bakı Metropolitenində çalışan qadın maşinistlər göstərir ki, məsuliyyət və peşəkarlıq cinsindən asılı deyil. Qadınlar bu gündə müxtəlif sahələrdə öz zəhmətləri, vəzifələri ilə cəmiyyətin inkişafına töhfə verməyə davam edirlər. 8 Mart Beynəlxalq Qadınlar Günü isə onların əməyinə verilən dəyərin bir daha ifadə olunduğu xüsusi günlərdən biridir.