Elektron siqaretlərə görə cərimələr təsdiqləndi - RTV

Azərbaycanda elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı, satış məqsədilə saxlanılmasına görə cərimələr müəyyənləşdirilir. Bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı, satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər 1600 manatdan 2200 manata qədər, hüquqi şəxslər isə 4000 manatdan 5000 manata qədər cərimə ediləcək. Həmçinin, qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq.

Qeyd edək ki, Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsinə qadağa 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.