Əyri dişlərin səbəbi-Uşaqlara neçə yaşdan breket qoymaq olar? - RTV

Atalarımız deyib ki, gözəlliyin doqquzu ondandır, doqquzu isə dondandır. Lakin günümüzdə gözəlliyin doqquzu don yox, məhz dişlərimiz hesab olunur. Çünki simamıza gözəllik verən əsas predmetlərdən biri də məhz dişlərimizdir. Lakin bəzən anadan gəlmə hər hansı bir çənədə yaranan problemlərə görə və yaxud səhv qulluğa görə dişlərimiz o qədər də gözəl görünmür. Yaxşı, bəs gəlin görək dişlərimizin həm gözəl görünməyi üçün, həm də sağlam olmağı üçün nələr etməliyik?

Dişlə bağlı uşaqdan böyüyə demək olar ki, ən çox rast gəlinən problemlərdən biri diş əyriliyidir. Hansı ki, uşaqlarda xüsusilə bu valideynlər tərəfindən tez görüldüyü vaxtda artıq müalicəsi daha rahat olur. İstəyərdim bizə bildirəsiniz ki, diş əyriliyi nə zaman özünü göstərir uşaqlarda, artıq nə vaxtdan həkimə müraciət eləməlidir valideyn və ilk siqnallar nələrdir? Yumşaq qidalara öyrəşən uşaqlarda da açıq dişləm yaranır, belə deyək, əzələ yaxşı inkişaf eləmədiyinə görə və bunun da ortodontik böyük bir problemi odur ki, açıq dişləm müalicəsi çox çətindir ortodontiyada. Digər diş əyriliklərinə gələndə isə 12 yaşından, 11 yaşından ki, bunlar breketlərlə müalicə olunur. Ondan kiçik yaşlı uşaqlar plastinkalarla ilk təməl düzgün qurulmalıdır ki, əyriliklər olmasın.

Bəs bu diş əyrilikləri nədən irəli gəlir? Bu daimi dişlərdənmi olur, yoxsa artıq süd dişləri çıxanda belə biz artıq bunun fərqinə vara bilərik ki, dişlər əyri olacaq və bunun müalicəyə ehtiyacı olacaq? Gecə əgər yatırsa, bu uşağın ağzı, yəni açıq qalıb yatırsa, bu artıq siqnaldır. Diş əyrilikləri artıq valideyn görürsə, yeddi-səkkiz yaşından artıq bu qüsurlar varsa, bəzən deyirlər ki, belə el arasında masajla dişi yerinə gətirmək olar və yaxud dillə itələyin diş yerinə gəlir. Belə şey mümkün deyil. Valideynlər narahat olur ki, uşağıımda süd dişi çıxıb, amma məsafələr çoxdur dişlər arasında. Bu çox gözəl bir şeydir, nəyə görə? Çünki daimi diş çıxanda həmin məsafə bağlanır. Daimi diş süd dişindən ölçü baxımından daha iri olur.

Diş əyriliyindən başqa həm də ağız boşluğunun gigiyenası da təbii ki, önəmlidir. İstəyərdik ki, izləyicilərimizə məlumat verəsiniz ki, ağız gigiyenamıza necə diqqət etməliyik, gündə dişlərimizi neçə dəfə fırçalamalıyıq və təkcə fırçalamaqla gigiyenaya riayət eləmək mümkündürmü? Altı aydan bir müayinə mütləqdir. Həmçinin bu uşaqlara da, böyüklərə də aiddir. Düzgün fırça, düzgün pasta, yəni ki, diş məcunu seçmək çox vacibdir. Çünki bəzən biz elə olur, kim nəsə tövsiyə eləyir, gedirik onu alırıq, amma bir də baxırıq ki, dişin minası həssaslaşır və yaxud orda ləkələr əmələ gəlir. Biz dişlərə baxıb tövsiyə veririk ki, hansı pastalar ftor tərkibli və yaxud digər elementlər olan pastalar sizə daha düşərlidir. Səhər-axşam dişlərinizi uyğun fırçalarla və diş məcunu ilə fırçalamaqdır.

Ölkər xanım, bilmək istəyərdik ki, pasientlər breket müalicəsinə neçə yaşdan etibarən başlaya bilərlər və maksimum neçə yaşa qədər bu müalicə davam eləyə bilər? Breketlər ümumiyyətcə 11-12 yaşından tətbiq olunur. Çünki daimi dişlər çıxdıqdan sonra biz breketi tətbiq edirik. 12 yaşa qədər amma çənə qüsurları və yaxud hansısa bir dişlərin, belə deyək, ara məsafəsi dar olduğuna görə dişlər öz yerində çıxa bilmir. Ona qədər biz plastinkalar tətbiq eləyirik o məsafəni yaratmaq üçün və yaxud dar çənələri genişləndirmək üçün. Yaş məhdudiyyəti yoxdur. Daimi dişlər nə qədər ki, ağız boşluğunda yerləşir, belə deyək, ortodontik müalicə mümkündür. Yəni 40-45 yaş hətta pasientlərim var ki, onlar ortopedik müalicəyə getməlidirlər. Breket istifadə eləyən pasient nəticəni neçə müddətdən sonra görə bilər? Uşaqlarda proses daha sürətli gedir, nəinki böyüklərdə. Çünki sümük strukturumuz hələ tam formalaşmayıb. 11-12 yaşındakı uşaqlarda bir il belə bəs eləyir ya il yarı baxır hansı qüsurdur. Amma böyük pasientlərdə bunlar iki il, iki il yarım, üç ilə qədər davam eləyə bilər.

Bu pasientimizdə hal-hazırda mən görürəm ki, artıq diş tellərini çıxarmısınız və orda bir neçə dişin üzərində breket olmadığını görürəm. İstəyərdim ki, danışasınız ki, bu pasientimizin şikayəti nə idi, hansı şikayətə müraciət eləyib və hal-hazırda o müalicə prosesi necə davam eləyir? Korreksiya gedir hal-hazırda. Demək olar ki, pasient bir ildir artıq breket daşıyır. Diş sıxlığı ilə müraciət eləmişdi və biz hər ay korreksiya olunduğu kimi bu gün də korreksiya edirik. Timorda qüsur belə idi ki, yuxarı köpək dişinə yerimiz yox idi, çox üstdən gəlirdi və görürsüz breketdə hələ tətbiq olunmayıb. Biz diş gərgəsini sıraladıq, köpək dişinə yer əldə etdik müəyyən qədər. Artıq gələn gəlişdə breketi tətbiq eləyərik ki, digər köpək dişi kimi o da öz sırasında olsun. Yəni sıxlıq var idi. Bir də mərkəzi xətt düz deyil, onu da biz son korreksiyalarda artıq tamamilə aradan götürərik.