Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadınlarla bağlanan ilkin bağlaşma müddəti üç ildən altı ayadək azaldılacaq.
Bu dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmət keçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Qüvvədə olan "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 38.1.2-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün ilkin bağlaşma müddə